27 sentyabrı Zəfər tariximizin başlanğıcıdır

15:52 16-02-2024 | icon 678
27 sentyabrı Zəfər tariximizin başlanğıcıdır

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi
xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni
təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı
zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun
işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin
təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir
andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki,
Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.Vətən
müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda
fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı
iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. "Adi günlərdən biri kimi yaşayacağımız
2020-ci ilin 27 sentyabrı indi tarixdir - Zəfər tariximizin başlanğıcıdır. Həmin tarixdən
xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyan etdi", Vaxt gələcək 30
ildən bəri inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum
əməliyyatları hərb tarixi üzrə mütəxəssislər tərəfindən öyrəniləcək. Şuşanı işğaldan azad
edən oğullarımızın şücaəti isə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Öz cəsarəti,
igidliyi ilə Vətən torpağını azad edən və qətiyyəti ilə düşməni dizə gətirən Azərbaycan
Ordusunun fəaliyyətini bütün xalqımız yüksək qiymətləndirir. Ordumuzun zəfər yürüşləri
xalqımıza qol-qanad verdi. Erməni xainləri ordumuzun bu rəşadətli hünəri qarşısında diz
çökdü. Yalan və hiylə ilə qurulan qondarma rejim özünün çürüklüyünü və iflasa uğradığını
etiraf etdi. Dünyanı öz çirkin, bəd əməlləri ilə əsas həqiqətlərdən yayındırmaq istəyən xain
düşmən ilahi həqiqəti aldada bilmədi. Otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-
yuvasından didərgin saldıqları insanların taleyini bu gün özləri yaşadılar.Çünki həmin vaxt
atılan hər addımın hədəfə çatmaq üçün əvəzsiz dəyəri vardı.
"Ən əsası odur ki, bu müharibədə bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx
birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal
olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş
texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini,
bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu",
Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən
sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi
Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni
Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq... Ona
görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Mehriban Mənəfova
Saatlı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


Digər xəbərlər

0.21062588691711