Qələbə qazandıq, amma parlaq zəfər alınmadı

16:30 17-02-2024 | icon 1232
Qələbə qazandıq, amma parlaq zəfər alınmadı

İki gün öncə avrokubokda yeganə təmsilçimiz "Qarabağ" "Braqa səfərində gözəl oyunla qələbə qazanıb növbəti tarix yazdı. Amma Ağdam təmsilçisinin zəfəri hələlik ilk raundun parlaqlığıdı. Təbii ki, qələbəyə hamımız sevinirik. Bununla yanaşı dünən "köhlən atlar" heyətində çatışmazlıq, zəif çıxış və səhvlərdə diqqətdən yayınmadı. Belə ki, ilk dəqiqələrdən qarabağlılar rəqib rahat oynamağa imkan verdi. "Braqa" futbolçuları 2-3 ötürməylə sürətlə "Qarabağ"ın qapısını qarşısında peyda olur və həmlələr edirdi. Yalnız 15-ci dəqiqədən sonra Qurban Qurbanovun yetirmələri qısa ötürmələrlə həm rəqibi topsuz qoyur, həm irəli çıxmağa çalışırdı. Bu cür gedişat effektini verdi, cərimə meydançasında topa sahiblənən Elvin rəqibə keçmək istəsə də, qarşısı kobudluqla alındı. Danimarkalı referi tərəddüd etmədən 11 metrəni göstərdi. Yankoviç dəqiq zərbəylə hesabı açdı. Bunda sonra pireneylilər təzyiqi artırdılar. Nəticədə 44-cü dəqiqədə status-kvo bərba oldu. İlk hissədə Andre Lunyov səhvləriylə diqqət çəkdi. Məhz rusiyalə qolkiperin çıxışdakı səhvindən sonra "Qarabağ" qapısında qol gördü. "Əlcək sahib"inin ilk yarıdakı zəif çıxışını 2 səbəblə əlaqələndirərdim. Komandada qapı xətdində güclü rəqabətin olmaması və çempionatda "köhlən atlar"a ciddi müqavimətin yoxluğu. Əminliklə deyirəm ki, premyer-liqamızın 22-ci turundakı baş tutan "Qarabağ" - "Sabah" qarşıdurması fonundakı matçlar çox olsaydı Lunyov daha az səhvlər edəcəkdi. Əgər rusiyalı Bakıdakı cavab görüşündə də belə səhvlər etsə, bu komandasına baha başa gələ builər. Bəhlul ilə Bədavi müdafiədə nə qədər fədakarlıq göstərib effektli olmağa çalışsalar da, Medina ilə Veşoviçin yoxluğu hiss olunurdu. Silva monteneqrolunu layiqincə əvəz edə bilmədi. Braziliyalı hücumlara qoşulmaqda çətinlik çəkirdi. Romao bacardığı qədər orta sahədə "qara işlər"i üzərinə götürməklə maksimum fayda verməyə çalışdı. 2-ci yarıya rəqib təzyiqlə başlasa da, 48-ci dəqiqədən sonra "köhlən atlar" toparlanmağa başladı. Belə ki, onlar həm meydanın mərkəzində, həm də rəqibə aid hissəsində güclü pressinq tətbiq etməklə portuqaliyalıların ansamblındakı boşluqları tapdılar. Bunun məntiqli nəticəsiydi ki, 15 dəqiqə ərzində təmsilçimiz kreativ hücumlarla 3 dəfə "Braqa"nın qapısına yol tapdılar. Portuqallar irəlidə nə qədər sürətli hücumlar tətbiq etsə də, meydan top itkisindən sonra sürətlə geri qayltmaqda aciziydilər. Zubir ilə Yankoviç dünən "Qarabağ"ın əsas drijorları rolunda çıxış etməklə ən yaxşılar idi. Juninyo ilk hissədə meydanda görünməsə də, fasilədən sonra "mən də varam"dedi qolunu vurdu və rəqibi təzyiq altında saxladı. Taplodakı hesab 1:4 olduqdan sonra təmsilçimiz daha sakit oynamaqla topa nəzarət etməyə çalışsa da, 75-ci dəqiqədən sonra rəqibə meydan verib daha çox müdafiəyə çəkildi. Bu "köhlən atlar"ın səhviydi. Hesabda irəlidəsən, psixoloji baxımdan üstünsən, rəqibin yarımmüdadiə və müdafiəsindəki boşluqlar yetərincədi, qapıçının gözünün qorxutmusan, belə tez geriyə çəkilməyin məntiqi nə idi? Bu azmış kimi meydana sonradan qoşulan Aleksey, Keyta, Nəriman, Redon da ümidləri doğrultmadı. Bu dördlünün gücləri çox olsa da, ondan istifadə etmədilər. Xüsusiylə də, Nəriman gözəl şans qazanmasına rəğmən 100% qol epizodunu boşa verdi. Məhz 5-ci qolu vurmaqla növbəti mərhələnin qapılarını bir qədər də artırmaq olardı. Portuqallar isə əksinə, əsas vaxtın sonlarına doğru təzyiqi artırdılar və 90-cı dəqiqədə Silvanı cərimə meydançasında kobudluq etməsinə nail oldular. Təmsilçimiz qapısına təyin olunan penaltini Moutinyo dəqiqə zərbəylə tamamlayıb fərqi azaltdı. Gözəl oynadıq, amma son dəqiqədəki buraxılan qol, parlaq zəfərə imkan vermədi. Oyun şərh edən Şəmsəddin Abbasov hesab 1:4 olarkən coşquyla dedi: "Bu gecənin bitməsini istəmirəm". Mən isə hesab 2:4 olandan sonra oyunun və gecənin tezliklə bitməsini arzulayırdım. Çünki, rəqib daha bir qol vurub Bakıya sərfəli nəticəylə gələ bilərdi. 90+1-ci dəqiqədə buraxılan 2-ci qol mənə Çempionlar Liqasının 2019-20-ci il mövsümündəki "Apoel" - "Qarabağ" qarşıdurmasını xatırlatdı. Məhz həmin oyunun son dəqiqələrində təmsilçimiz 0:2 hesabıyla irəlidəykən kiprlilər 90+5-ci dəqiqədə 1 qol vurmaqla həm fərqi minimuma endirdilər, həm cavab matçına sərfəli nəticə qazandılar, həm də yüksək motivasiya əldə etdilər. Məhz bunun sayəsində onlar Bakıda qarabağlıları 0:2 hesabıyla məğlub etməklə "köhlən atlar"ı ÇL-ın qrupuna düşməkdən məhrum etdilər. Əminəm ki, başda Qurban Qurbanov olmaqla bütün məşqçilər heyəti bu acı tarixdən xəbərdardırlar. Ona görə də Ağdam təmsilçisinin düşünən beyinləri "Braqa"nın Bakıda kiprlilər kimi zəfər qazanmasına imkan verməməlidi. Əks halda Şəmsəddin əfəndi Portuqaliya səfərində səsləndirdiyi ifadənin əksinə "gecənin tez bitməsini" dilə gətirəcək, Nərimanın gözyaşlarına isə bütün komanda yoldaşları qoşulacaq...

Qələbə qazandıq, amma parlaq zəfər alınmadı

 

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.26861310005188