Millimiz Avropada 4-cü oldu

17:05 17-02-2024 | icon 903
Millimiz Avropada 4-cü oldu

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü yeri tutub.

Aktivinə 2 qızıl, 1 bürünc medalla 83 xal yazdıran kollektiv 27 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Komanda hesabında 1-ci yeri 147 xalla Ukrayna, ikinci yeri 142 xalla Türkiyə, üçüncü yeri isə 101 xalla Rumıniya tutub.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıb.


Digər xəbərlər

0.20431208610535