Sərxan Hacıyev Şamaxıya niyə getmişdi?

17:15 17-02-2024 | icon 1141
Sərxan Hacıyev Şamaxıya niyə getmişdi?

2 gün öncə 1-ci liqada 14-cü tur başa çatdı.

Diqqət çəkən məqamlardan biri AFFA-ın Baş katibi Sərxan Hacıyevin "Şamaxı" - "İrəvan" matçında iştirak etməsiydi. AFFA-ın səlahiyyətli nümayəndəsinin bölgə səfərinin başlıca səbəbi "şirlər"in oyununu izləmək idi yoxsa başqa səbəb də vardı? "Azeripress.az" saytı olaraq bu sualı aydınlaşdırmaq üçün AFFA-ın sözçüsü Elnur Məmmədliylə əlaqə saxladıq:

"Sərxan müəllimin Şamaxıya səfər etməsinin xüsusi səbəbi yoxdu. Baş katibimiz elita oyunlarıyla yanaşı bacardıqca 1-ci liqadakı qarşılaşmalara da gedir. Bu dəfə də "Şamaxı" - "İrəvan" qarşıdurmasınl izləməyə getmişdi".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.23020386695862