Naxçıvanda yol polisi sürücünü döyüb? - İDDİA
Naxçıvan DYPİ-nin üç əməkdaşı sürücü Heydər Əliyevi döyərək, ağır yaralayıb.
Sürücünün döyülməsinə səbəb isə, ondan tələb olunan rüşvəti verməkdən imtina etməsi olub. Naxçıvan şəhər sakini H. Əliyevin vəziyyəyi ağır olsa da, hadisə sənədləşdirilməsin deyə, xəstəxanalar onu qəbul etməyib. Yaxınlarının verdikləri məlumata görə, o hazırda ev şəraitində müalicə alır.
Sürücüyə xəsarət yetirən DYPİ əməkdaşlarından ikisinin adını öyrənilib. Onlardan biri Sadiq İbrahimov, digəri isə, Rüfət Fərzəliyevdir.
Yaxınlarının sözlərinə görə, hadisə fevralın 13-də Naxçıvan şəhər Əziz Əliyev küçəsində baş verib:
“Polislər ayıq vəziyyətdə olan Heydəriin avtomobilini “Danyeri” restoranının arxa tərəfində saxlayıb, ondan ya 300 manat rüşvət verməsini, ya da içkili olması ilə bağlı protokola imza atmasını tələb ediblər. O, bunların heç birinə əməl etməyəcəyini dedikdə, polislər onun ailəsini ağır söyüşlərlə təhqir ediblər. Həmin vaxt Heydərin ailəsi də maşında olub. Söyüşdən sonra aralarında mübahisə yaranıb. Üç nəfər polis əməkdaşı Heydərin üstünə düşüb, vəhşicəsinə döyüblər. Onun qabırğalarını, dişlərini qırıb, bədəninin hər yerinə xəsarət yetiriblər. Xəstəxanalar da qorxudan qəbul etmirlər. Bizi də qorxudublar ki, səsinizi çıxarsaz, dama basacağıq”.
Naxçıvan şəhər Məhkəməsindəki mənbənin verdiyi məlumata görə, polislər sudan quru çıxmaq üçün, guya sürücünün onlara müqavimət göstərməsi iddiası ilə məhkəməyə müraciət ediblər:
“Vəziyyəti görən hakim polislərə izah etdi ki, əgər iddianı qəbul etsə, sürücünün xəsarətlərini də sənədləşdirilməli olacaq. Belə olan halda isə, onu döyən polislər də məsuliyyət daşıyacaq. Bu səbəbdən hakim bu işin altına girmədi”.
Naxçıvan DYPİ-dəki mənbənin məlumatına görə isə, sürücüyə xəsarət yetirən polislərə bir müddət gözə görünməmək tapşırılıb.
Naxçıvanda yol polislərinin sürücüləri şərləyib, cərimələmələri ilə bağlı əvvəllər də məlumatlar daxil olmuşdu. Şikayətçilər bildirirdilər ki, cəriməsi yuxarı olduğu üçün polislər sürücülərə ən çox sərxoş olmaları ilə bağlı saxta tərtib olunmuş protokola imza atmağa məcbur edirlər. Bundan imtina edən sürücülər isə həbs olunmaqla hədələnirlər. (Mənbə: “Gündəlik Naxçıvan”)
-
DTX tərəfindən saxlanılan transmilli mütəşəkkil kibercinayətkar dəstənin - Film kimi cinayət ssenarisi
...
-
DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
...
-
Terrorçuluğu maliyyələşdirdi - Həbs edildi
...
-
Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb
...
-
Azərbaycan sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
...
-
Aybəniz Haşımovanın qardaşı həbs edildi
...
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
...
-
Naxçıvanda yol polisi sürücünü döyüb? - İDDİA
...
-
Bakıda film səhnələrini xatırladan qəza - Video
...
-
DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb
...