Səttar Möhbalıyev: “Azərbaycan qlobal təhlükəsizliyə mühüm töhfələr verir”

20:55 19-02-2024 | icon 1232
Səttar Möhbalıyev: “Azərbaycan qlobal təhlükəsizliyə mühüm töhfələr verir”

“Əsas müzakirə mövzusu beynəlxalq təhlükəsizlik olan ənənəvi Münxen
Təhlükəsizlik Konfransında dünyanı narahat edən ən vacib problemlər gündəliyə
çıxarılır və gəlinən qənaətin isə proseslərə təsiri kifayət qədər böyükdür. Burada
dövlət başçılarının, regional və beynəlxalq təşkilatların, aparıcı beyin mərkəzləri
rəhbərlərinin iştirak etməsi platformanın gücünü və əhəmiyyətini, eləcə də qlobal
proseslərə təsir imkanlarının genişliyini göstərir. Məlumdur ki, artıq zəifləmiş, heç
bir gücü qalmayan, yeni dövrün tələbləri ilə ayaqlaşmayan, xüsusilə son zamanlar
riyakar mövqeyi və qərəzli yanaşmaları ilə gündəm olan bəzi Avropa
təsisatlarından fərqli olaraq Münxen Təhlükəsizlik Konfransı ortaya çıxan qlobal
problemlərin, münaqişələrin həllinə töhfə vermək baxımından daha əhəmiyyətlidir.
Bildiyimiz kimi Azərbaycan da Konfransın illik görüşlərində mütəmadi olaraq
dövlət başçısı və ya digər səviyyələrdə aktiv iştirak edir. Bu, bir tərəfdən ölkəmizin
dünyada artan strateji əhəmiyyəti, digər tərəfdən isə möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin bilavasitə şəxsi nüfuzu ilə əlaqədardır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Builki - 60-cı Münxen Təhlükəsizlik Konfransına da Prezidentimizin dəvət
olunması, yüksək səviyyədə qarşılanması, görüşlər üçün müraciətlərin çoxluğu onu
deməyə əsas verir ki, İlham Əliyev cənabları dünya liderləri arasında özünəməxsus
yer tutur. Artıq onun regiona gətirdiyi reallıqlar, dünyada sülh və təhlükəsizliyə
verdiyi mühüm töhfələr, müəllifi olduğu layihələrin əhəmiyyəti mütərəqqi
beynəlxalq qüvvələr tərəfindən aydın dərk edilir. Həmçinin keçirilən görüşlərin
xüsusən qarşı tərəflərin istəyi ilə reallaşması ölkəmizə davamlı olaraq artan marağı
göstərir. Çünki Azərbaycan bütün məsələlər üzrə etibarlı tərəfdaş, yerləşdiyi coğrafiyanın lideri, təşəbbüslərində, atdığı addımlarında isə səmimi və məsuliyyətlidir. Təbii ki, bu da əməkdaşlıqda önəmli faktorlardır”, - AHİK sədri
qeyd edib.
Onun sözlərinə görə, dövlət rəsmilərinin, özəl sektor nümayəndələrinin
Prezident İlham Əliyevlə görüşməyə can atması, müzakirələrin əsasən yeni
reallıqlar fonunda aparılması, bu istiqamətdə münasibətlərin qurulmasına üstünlük
verilməsi, təbii ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, ərazi
bütövlüyünü, suverenliyini bərpa etməsini həzm edə bilməyən qüvvələri məyus
etdi: “Göstərdi ki, Azərbaycan sıradan bir dövlət deyil, onunla heç bir halda təzyiq
dili ilə danışmaq olmaz. Ölkəmiz ətrafında nə qədər çirkin planlar qursalar, böhtan
xarakterli fikirlər ortaya atsalar da, onların hamısı əvvəlkilər kimi, fiaskoya
uğrayacaq. Qarabağ münaqişəsi bitib, Azərbaycan bunu heç bir kənar qüvvənin
dəstəyi olmadan aradan qaldırıb. Bu məsələyə Prezidentimiz ATƏT-in fəaliyyətdə
olan sədri İan Borq və qurumun Baş katibi Helqa-Mariya Şmidlə görüşündə də
toxundu. Artıq öz missiyasını vaxtında icra edə bilməyən Minsk qrupu kimi
strukturlara ehtiyac qalmayıb, onlar tarixə qovuşub”.


Digər xəbərlər

0.26052618026733