"Hər oyuna maksimum nəticə üçün çıxacağıq"

21:09 19-02-2024 | icon 806

1-ci liqanın 14-cü turu sensasiya ilə başlayıb.

Belə ki, çempionatın lideri "Qaradağ Lökbatan" doğma meydanda "Karvan"a 0:1 hesabıyla uduzub. Gözlənilməz məğlubiyyətlə bağlı Lökbatan təmsilçisinin baş məşqçisi Azər Həşimovun Azeripress.az saytına açıqlaması belə olub:

"Çempionatın 2-ci yarısına yaxşı oyunlarla başlasaq da, nəticələrimiz arzu olunan deyil. Həm "Zaqatala"yla səfər, həm də doğma publika önündə "Karvan"la qarşılaşmalarda rəqibdən üstün oyunla diqqət çəkmişik. Sadəcə bəxtsizlik yaşadıq. Zaqatala təmsilçisiylə görüşdə hesabı biz açdıq, əlavə bir neçə 100%-li qol imkanlarını boşa verdik. Dirəkdən qayıdan topumu və futbolçumuz boş qapıya düşə bilməməsi oldu. Bunun üzərinə futbolçumuz meydandan qovuldu. Rəqib də bundan istifadə etməklə hesabı bərabərləşdirdi. Yevlaxlılarla matçda da meydanda dominantlıq edəb biz idik. Amma 2 real qol imkanını boşa verdik. Küləkli hava şəraiti də bizi əlehimizə oldu. "Karvan" isə əlinə düşən fürsətdən yararlanıb qol vurdu və komanda şəklində yaxşı qapanıb hesabın dəyişməsinə imkan vermədi. 2 qarşılaşmadakı uğursuzluğa baxmayaraq mübarizmizdə və məqsədimizdə dəyişiklik yoxdu. Çempionluğa iddiamız davam edir. Hələ qarşıda 13 tur var. Hər oyuna maksimum nəticə üçün çıxacağıq".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.30561208724976