Üç xəstəxanaya yeni direktorlar təyin olundu - Fotolar
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.
Bununla bağlı TƏBİB məlumat yayıb.
Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.
Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad RMX-yə Namiq Həsənov, Kürdəmir RMX-yə isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.
Yeni direktor İntiqam İbrahimov ixtisasca otolorinqoloqdur. O, bu təyinatadək Ağdaş RMX-nin direktor müavini - baş həkim vəzifəsini icra edib.
Cəlilabad RMX-nin direktoru Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib.
Kürdəmir RMX-nin direktoru Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş RMX-nin nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb.
Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...