AMADA-nın icraçı direktoru qurumun əsas məqsədini açıqladı

17:23 21-02-2024 | icon 903
AMADA-nın icraçı direktoru qurumun əsas məqsədini açıqladı

"Qürurla demək istəyirəm ki, 2024-cü il Olimpiya ilidir".

 

Bu sözləri Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə Bakıda keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

 

O, Azərbaycanda bu cür tədbirin ilk dəfə təşkil olunduğunu bildirib: "Burada bir çox ölkələrin nümayəndələri iştirak edirlər. Hətta konfransa onlayn qoşulanlar da var. Tədbirin davamı fevralın 23-də Qubada keçiriləcək. Əsas məqsədimiz sağlam idmanı təbliğ etməkdir".

 

Qeyd edək ki, konfrans Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.


Digər xəbərlər

0.25446105003357