Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir
Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə
fevralın 18-də qardaş ölkəyə rəsmi səfəri dövlət başçımızın “Biz beynəlxalq təşkilatlarla bağlı
bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində
səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin
ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq
təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”
sözlərinin həyatda təsdiqidir. Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan Türkiyənin
uğurlarına öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi nəticəsində
Azərbaycan 30 il düşmən işğalı altında olan toppaqlarının böyük bir hissəsini azad etdi və bütün
44 gün ərzində Türkiyə bizim yanımızda olub. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və bir
çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu
və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi Azərbaycan savaş
meydanında cəmi 44 gün ərzində həll etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan tək deyil,
Türkiyə Azərbaycanın yanındadır.
Qeyd edək ki, Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə
Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib. Həm bu mənada, həm də
Azərbaycan–Türkiyə qardaşlığının nümunəviliyinin ifadəsi baxımından qardaş ölkənin Prezidenti
Rəcəb Tayyib Ərdoğanın vaxtilə səsləndirdiyi dəyərli fikir var: “Türkiyə ilə Azərbaycan arasında
münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə
inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider,
hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir.
Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu
şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün
dünya qibtə ilə bахır”. Azərbaycan–Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və
genişmiqyaslıdır, dinamik struktura malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə
əməkdaşlıq, dünyanın müasir informasiya məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə
keçmişə əsaslanmış etibarlı baza var.
Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr
Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.
Mehriban Mənəfova
Saatlı MKS-nin Xidmət şöbəsinin baş kitabxanaçısı
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...