"21-ci möcüzə” filminin təqdimatı keçirilib
Rejissor Şahin Qəhrəman dram janrında çəkdiyi "21-ci möcüzə" filmini ictimaiyyətə təqdim edib.
Yaş həddi +12 olan, 450 nəfərin iştirak etdiyi filmin qala gecəsi Park Cinema "Flame Towers"- da izdihamla keçib.
Film onu izləyən tamaşaçılar tərəfindən bəyənilib, fərqli reaksiyalar yaradıb və səs-küyə səbəb olub.
Onu da qeyd edək ki, 20-dən çox aktyoru, rejissoru, texniki heyyəti bir araya toplayan "21-ci möcüzə" TV, mətbuat və sosial şəbəkələrin gündəmində olub.
Film tamaşaçı marağının çox olması ilə əlaqədar Fevralın 22-dən Park Cinema bütün filiallarında nümayiş olunur.
Bu ailə dramı, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına şübhə doğurmur.
Fərid və Ramal Bakı küçələrində böyüyən kimsəsiz gənclərdilər. Ramal Fəridin saflığından istifadə edib, işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Günlərin birində varlı ailədən olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan dərdini bu gənclərə danışır. Fərid isə bu dərdə çarə tapır. Məsləhət görür ki, Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...
-
Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
...
-
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - Fotolar
...
-
Yalçın Adıgözəlov Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub
...
-
Biz də sizinləyik! - FOTOLAR
...
-
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - Fotolar
...
-
Məşhur serialda ləvəngidən danışıldı - Video
...
-
Akademik Musiqili Teatrın kollektivi Ulu Öndərin məzarını ziyarət edib
...
-
Məşhurlar Yeni il çıxışları üçün nə qədər qonorar alacaq? - Siyahı
...
-
Eminin anşlaqla keçən Bakı konsertindən - Fotolar
...