Abdullah Gül İlham Əliyevi təbrik etdi
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident.
Qardaş Azərbaycan xalqının prezident seçkilərində Sizə bir daha etimad göstərməsini böyük məmnunluq hissi ilə qarşıladım.
Ulu Öndərimiz Heydər Əliyevin bu ali dövləti vəzifənizdə indiyədək müvəffəqiyyətlə davam etdirdiyiniz irsini daha da irəliyə aparacağınıza ürəkdən inanıram. Bu xüsusda seçkilərdə qazandığınız zəfər münasibətilə Zati-alinizi ürəkdən təbrik edirəm.
Sizin liderliyinizlə Azərbaycan Ordusunun və xalqının göstərdiyi cəsarət və əzm nəticəsində Qarabağın işğaldan azad edilməsini sonsuz sevinc və qürur hissi ilə izləmişəm. Heç şübhəsiz ki, bu şanlı Zəfər bütün Türk dünyasının daha sıx birləşməsi istiqamətində dönüş nöqtəsidir.
Qarabağ Zəfəri göstərdi ki, Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə bölgədə lider ölkədir. Bundan sonrakı müddətdə həmin Zəfərin sülh müqaviləsi ilə taclandırılması problemlərin ortaq iradə və konstruktiv düşüncə ilə birdəfəlik həllinin mümkünlüyünü bütün dünyaya göstərəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və ailənizə, bütün Azərbaycan xalqına əmin-amanlıq arzulayıram”.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...