Basketbol millimizdən tarixi qələbə

17:42 25-02-2024 | icon 2482
Basketbol millimizdən tarixi qələbə

25 fevral "Sərhədçi" İdman Mərkəzində kişilərdən ibarət basketbol millimiz, dünya kubokunun ilk təsnifat mərhələsinin qrup oyununda Kosovo seçməsi ilə qarşılaşıb.

İllər sonra yerli publika önündə rəsmi oyuna çıxan millimiz, Kosovo üzərində 87-77 hesablı tarixi qələbəyə imza atıb. Millimizin heyətində yer almış təcrübəli basketbolçu Orxan Aydın, 27 xal və 11 ribaundla oyunun ən dəyərli basketbolçusu (MVP) seçilib. Qeyd edək ki, millimiz qrupda növbəti oyununu, 21 noyabr səfərdə İrlandiya yığmasına qarşı keçirəcək.


Digər xəbərlər

0.25860500335693