Lalə Eyyubova: " Xocalı faciəsi qurbanlarının ruhu şaddır"

07:56 26-02-2024 | icon 2837
Lalə Eyyubova:

"Xalqımızın ən dərin və unudulmaz yarası olan Xocalı faciəsi qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla anırıq!".

Bu fikirləri özünün sosial şəbəkə hesabında Ağstafa İcra Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova yazıb.

Şöbə müdiri qeyd edib ki, bu gün təsəllimiz daha böyükdür. Çünki, Xocalı faciəsi qurbanlarının ruhu şaddır:

"Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Cənab Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, dərin hörmətlə anırıq".


Digər xəbərlər

0.23720693588257