"Futbolçuların təcrübəsi gərgin keçən matçlarda öz sözünü deyir"

07:58 26-02-2024 | icon 1998

1-ci liqanın yola saldığımız 15-ci turunda "Zaqatala" doğma meydanda "İmişli"yə 1:2 hesabıyla məğlub olub.

Zaqatala təmsilçisiminin baş məşqçisi Rüstəm Məmmədov Azeripress.az saytına açıqlamasında məğlubiyyətlə bağlı bunları dedi:

"Çempionatın 2-ci yarısındakı 3 oyunumuzu və buraxdığımız 4 qolu götütsək, 2 çatışmazlığımızı qeyd edərdim. Əlimizə düşən 100%-li qol imkanlarında son nöqtəni qoya bilməmək və eyni səhvlərdən qol buraxmaq. "İmişli" çempinluğa iddialı komanda olsa da, doğma publika qarşısında oyun planında onları üstələdik. Çoxsaylı qol imkanlarınl boşa verdik. Həmçinin 3 oyundu eyni səhvlər edir və oxşar formada qollar oburaxırıq. Niyə bu xətaya yol veririk bilmirəm. Amma bunun üzərində ciddi işləyəcəyik. Rəqibin heyətində elita təcrübəsi olan oyunçular var. Məhz belə futbolçuların təcrübəsi gərgin keçən matçlarda öz sözünü deyir. Elə qapımıza 2 qol vuran Elşən Abdullayev məhz zəngin praktikası sayəsində bizi məyus etdi".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.3124828338623