Azər Əliyev: “Azərbaycan idmanının bu cür nəticələr qazanması çox xoşdur”
“Azərbaycanda ilk dəfədir basketbolda oluram. Təəssüratlarım çox gözəldir. Görünür ki, artıq bizdə də bu idman növü inkişaf edir”.
Bu sözləri Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev basketbol üzrə Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində Kosovonu 87:77 hesabı ilə məğlub etdiyi oyun barədə danışarkən deyib.
O, ümumilikdə başa çatan həftənin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib: “Bu həftə Azərbaycan idmanı üçün çox uğurlu alındı. Ağır atketikada təmsilçimiz Avropa çempionu oldu. Eləcə də "Qarabağ" ilk dəfə UEFA Avropa Liqasında 1/8 finala yüksəldi. İndi isə basketbol millimiz heç də zəif olmayan Kosovo üzərində qələbə qazandı. Azərbaycan idmanının bu cür nəticələr qazanması çox xoşdur”.
MOK-un baş katibi bu ilin yayında Parisdə keçiriləcək olimpiadaya hazırlıqdan da söz açıb: “Olimpiadaya hazırlıqlar yaxşı gedir. Düzdür, hələ cəmi 9 lisenziya qazanmışıq. Amma təbii ki, gözləntilərimiz daha çoxdur. Tezliklə güləş üzrə yarışlar olacaq ki, orada lisenziyalarımızın sayı artacaq. Eləcə də cüdodan lisenziyalar gözləyirik. Bu idman növündə də son zamanlar yaxşı nəticələr qazanılır. Olimpiadaya hələ vaxt var. Bir sözlə, hər şeyin yaxşı olacağına inanırıq”.
A.Əliyev “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının 1/8 finalına yüksəlməsindən də danışıb: “Qarabağ”ın "Braqa" ilə cavab oyununu stadiondan canlı izlədim. Unudulmaz bir matç idi. Tofiq Bəhramov adına Respublika stadionunda bu cür görüşlər həmişə olmur. 120 dəqiqə ərzində stresli bir görüş oldu. Əslində, oyuna nəzarət "Qarabağ"ın tərəfində idi. Sonradan vəziyyət dəyişdi. Lakin "Qarabağ" əsl xarakter nümayiş etdirdi. Əzmkarlıqla komanda sonda istəyinə çatdı. Növbəti mərhələdə yenidən "Bayer"lə qarşılaşacağıq. Leverkuzen təmsilçisinin gücü məlumdur. Odur ki, qarşıda "Qarabağ"ı çox çətin 2 oyun gözləyir”.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...