Səttar Möhbalıyev: “Xocalı Soyqırımı Memorialının yaradılması gələcək nəsillər üçün də olduqca əhəmiyyətlidir”

16:56 27-02-2024 | icon 2789
Səttar Möhbalıyev: “Xocalı Soyqırımı Memorialının yaradılması gələcək nəsillər üçün də olduqca əhəmiyyətlidir”

“Prezident İlham Əliyevin siyasi fəaliyyətinin, idarəçilik fəlsəfəsinin əsas
qayəsini xalqına verdiyi vədlərə məsuliyyətlə yanaşması, vaxtında və dəqiq
yerinə yetirməsidir. Tarixdə və müasir dünyamızda az lider tapılar ki, bu ali
keyfiyyətlərə xas olsun. Prezident İlham Əliyevi xalqına sevdirən, ona olan
inamı daha da yüksəldən həm də bu xüsusiyyətləridir. 2003-cü ildə dövlətimizin
başçısı Biləsuvar rayonundakı çadır şəhərciyində qaçqınlarla görüşündə
bildirmişdi ki, çox yaxın illərdə ölkəmizdə bütün çadır şəhərcikləri ləğv
olunacaq, onlar üçün yeni evlər tikiləcək. O, bu vədini də qısa müddət ərzində -
cəmi dörd ilə həyata keçirdi. Belə ki, 2003-cü ildə Biləsuvardakı 5, 2006-cı ildə
Bərdə və Ağcabədidəki 4, 2007-ci ildə isə Saatlı və Sabirabad rayonlarındakı 3
çadır şəhərciyi ləğv edildi. Həmçinin Prezident İlham Əliyev məcburi
köçkünlərlə keçirdiyi görüşlərdə bəyan edirdi ki, biz işğal altında olan
torpaqlarımızı mütləq azad edəcəyik, sizlər üçün orada daha müasir, hər cür
şəraiti olan evlər tikiləcək. Bu gün biz həmin vədin də real nəticələrinə şahidlik
edirik və bu mənzərəni gördükcə çox fərəhlənirik”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev deyib.
“Ümumiyyətlə, Xocalı isə bizim, xalqımızın hər bir nümayəndəsinin qəlbində
ağır yara idi. 1992-ci ildə erməni faşistləri orada insanlıqdan uzaq, dünya
tarixinin ən böyük qanlı cinayətini törətdilər. Azərbaycan Ordusu həm 44
günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında keçirdiyi
antiterror tədbirləri ilə bu qisası döyüş meydanında misli ilə aldı. Ötən gün -
fevralın 26-da müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu artıq nəticədir, Qələbəmizin
bəhrəsi, əzəmətli tariximizin ən qürurlu mənzərəsidir. Sakinlər öz doğma
yurdlarını ziyarət edirlər. Bu da realdır ki, yaxın zamanlarda onlar namus tacımız Xocalıda - öz ata-baba yurdlarında həyatlarına davam edəcəklər.

Bu, xalqımızın müzəffər oğlu Prezident İlham Əliyevin müdrik siyasətinin uğurlu
nəticələrindəndir”, - Səttar Möhbalıyev bildirib.
“Sakinlərlə görüşündə dövlətimizin başçısı bildirdi ki, biz Xocalı soyqırımını
heç vaxt unutmayacağıq. Bu, son dərəcə ağır faciədir. Erməni silahlıları həmin
gecə bütün vəhşiliklərə əl atıblar. Hətta şəhid edilmiş insanların üzərində
təhqiredici hərəkətlərə yol vermişdilər - meyitlərin başlarını, digər orqanlarını
kəsir, dərisini soyur, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarnını
yarırdılar. Quduz düşmən bu hərəkətləri acımadan, vicdansızcasına edib. Həm
də onlar dinc sakinlərin üzərinə hücum zamanı istifadəsi qadağan olunmuş
patronlardan, habelə kimyəvi silahlardan belə istifadə ediblər. Odur ki, biz
düşmənin bu vəhşiliyini heç vaxt unutmayacağıq. Bütün dünya da bundan
xəbərdar olmalı, şiddətlə qınamalıdır. Artıq neçə illərdir dövlətimiz, Heydər
Əliyev Fondu, tarixçilərimiz, hadisələrin şahidləri bu baş verənləri tutarlı
faktlara beynəlxalq ictimaiyyətə çatdırırlar. 2008-ci ildən Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən “Xocalıya ədalət” kampaniyasını xüsusilə qeyd etmək istərdim.
Kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ
olunmasında, bu qanlı faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi
tanınmasında əhəmiyyətli rol oynayır, artıq bir sıra ölkələrdə bu soyqırımı ilə
bağlı müvafiq qərarlar qəbul edilib. Yüz minlərlə şəxs və 115 təşkilat
kampaniyanın fəaliyyətini dəstəkləyir”, - AHİK sədri vurğulayıb.
Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev
cənabları tərəfindən təməli qoyulan Xocalı Soyqırımı Memorialı vacib bir
layihədir: “Memorial Xocalı hadisələrinin dünyada təbliğində, gələcək nəsillərə
ötürülməsində, soyqırımı qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim
yaşamasında olduqca əhəmiyyətli rola malik olacaq.


Digər xəbərlər

0.30459690093994