“CineMastercard” kinoteatrında “Apatiya” filminin imza günü keçirilib - VİDEO

17:05 27-02-2024 | icon 671
“CineMastercard” kinoteatrında “Apatiya” filminin imza günü keçirilib - VİDEO

“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında aktyor- rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi “Apatiya” filminin təqdimatı baş tutub.

İmza gününə gələn qonaqlar filmi yaradıcı heyyətlə birlikdə izləyiblər.


Filmdən sonra rejissor və komandası öz çıxışında tamaşaçılara təşəkkür etdi. Hikmət Rəhimov “Apatiya”nın məqsədindən, onun verdiyi mesajdan danışdı. İmza günü maraqlı anlarla yadda qaldı. Gələn qonaqların arasında yazıçılar,
telejurnalistlər, sayt rəhbərləri, mədəniyyət işçiləri və başqa sahələrin nümayəndələri də iştirak edirdi.
Filmi izləyənlər yaradıcı heyyətlə şəkil çəkdirib imza aldılar. Qeyd etmək istərdik ki, “Apatiya” filmi bütün “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur.


Digər xəbərlər

0.32446193695068