""Qarabağ"ın uğuruna sevinmirəm"
"Mənim futbola baxışım başqa cürdü. Azarkeşi olmadığım klubun uğuruna sevinə bilmərəm. Eləcə də doğru-dürüst futboldan agah olmayan şəxslərin, o cümlədən də ictimai, siyasi fiqurların kor-koranə hansısa bir kluba pərəstiş etməsi mənə çatmır.
"Qarabağ"ın istər ölkə çempionatında, istərsə də qitəmiqyaslı yarışlardakı xüsusi uğuruna diqqət ayırmıram. Həmçinin Ağdam təmsilçisini ilahiləşdirmək, şəninə təriflər yağdırmağı da düzgün hesab etmirəm. Mənim fikirimcə hər bir kəs uzun illər hansı kluba fanatlıq edibsə, ona sadiq olmalı və onun uğurlarına sevinməlidi. Mən, uşaqlıqdan "Araz-Naxçıvan"ın çılğın fanatıyam. Bu gün də sevimli komandamın Bakıdakı bütün oyunlarına stadiondan baxıram. Ona görə də mənə "Qarabağ"ın "Braqa" üzərində qələbə qazanması, mərhələ adlaması maraqlı deyil. Mənə "Araz-Naxçıvan"ın Ağdam təmsilçinə səfərdə qalib gəlməsi maraqlıdı, necə ki, bunu çempionatın ilk yarısında etdik. Azər Bağırovun yetirmələrinin həm son çempionu, həm də digər güclü rəqiblərini məğlub etməsindən daha çox zövq alıram nəin ki, "Qarabağ"ın avrokuboklarda qələbələr sıralamasından. Bu gün küçələrdə, parkda, xəbərlərdə, sosial şəbəkələrdə kimi dindirirsən deyir: "Qarabağ" xalqın komandasıdı, hamımız "köhlən atlar"ın uğuruna sevinirik". O zaman hamıya sual edirəm. Niyə Ağdam klubu son turda doğma meydanda "Sumqayıt"la matçda boş tribunalar qarşısında oynayırdı? "Braqa" ilə Bakıdakı görüşdə stadionu dolduran 30 mindən çox azarkeş harda idi? Niyə hamının komandası ölkə çempionatında qələbələri boş trinunalar önündə qazanmalıdı? Demək ki, "Qarabağ"ın böyük azarkeş ordusu yoxdu, sadəcə səs-küy var. Bizim futbola yanaşmamız yanlışdı. Pafos, təqlidçilik və digər bu kimi xüsusiyyətlərlə futbol inkişaf etmir. Ölkə futbolunda inkişaf azarkeş mədəniyyətindən, öz komandasına sadiqlikdən başlayır. Həmçinin Azərbaycanda idmanın "şah"ının populyarlığını istəyiriksə bir komandanın şəninə təriflər yağdırmaq təbliğatından qaçmalıyıq".
Bu cür yanaşmanı "Araz-Naxçıvan" futbol klubunun Media və ictimaiyyətlə əlaqələr departamentinin sabiq rəhbəri, kinorejissor, sənətli filmləriylə tanınan Tahir Tahiroviç "Azeripress.az" saytına açıqlamasında bildirib.
Sənətkar həmçinin ölkə çempionatının səviyyəsinin zəifliyindən də danışıb:
"Təbii ki, premyer-liqamızın səviyyəsi yüksək deyil. Buna rəğmən əvvəlki illərə nisbətən az da olsa, inkişaf var. Fikir verin, elitada qalmaq uğrunda amansız mübarizə gedir. Düşünürəm ki, çempionluğ uğrunda da intriqa olmalıdı. Bu yoxdu deyə, "Qarabağ" rahat çempion olur. Komandalar güclənməlidi. "Qəbələ", "Neftçi", "Kəpəz" sevgisini qaytarmaq lazımdı. Bölgələrdə komandalarının sayını artırmaq və imkanlı sponsorlarla təmin etmək lazımdı. Sizi inandırım ki, "Araz-Naxçıvan" Naxçıvan şəhərində, "Kəpəz" Gəncədə oynasa və bu klubların yaxşı maliyyə dayaqları olsa, həm tribunalar dolar, həm də ölkə çempionatında güclü rəqabət olar".
ABDULLA İSMAYILOĞLU
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...