Xocalı soyqırımı xalqımızın yaddaşından silinməyəcək

17:22 28-02-2024 | icon 1035
Xocalı soyqırımı xalqımızın yaddaşından silinməyəcək

Prezident İlham Əliyev cari ilin 26 fevral tarixində Xocalı şəhərində rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdə çox mənalı, dərin məzmunlu çıxışla
diqqətimizi cəlb edib. Dövlət başçısının çıxışında qeyd ilunur ki, Xocalı
soyqırımı günü ilk dəfə Xocalıda qeyd olunur. Azərbaycan xalqı inanırdı ki, biz
Xocalıya qayıdacağıq. Xocalı qurbanlarına həsr olunmuş Memorial
Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi
hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.
Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir.
Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Heç vaxt
Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl
Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə
yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin
düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-
dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə
bir gecə içində qətlə yetirilmişdir.
İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Azərbaycan hökuməti
onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında
cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa
etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal
altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında olan qalan
ərazilər beş ay bundan əvvəl azad edilmişdir.
Ali Baş Komandanın vurğuladığı kimi, Xocalısız ərazi bütövlüyümüzün,
suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının
Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə
qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə
bilməzdik.
Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan
azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev
Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər
göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya
ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox
tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir,
sərgilər təşkil olunmuşdur.
Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək.
Prezidentin söylədiyi kimi, 30 il yox, 300 il keçsə də, qəzəb bizi buraxmayacaq.
Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın
nümayəndələriyik.

Həsənxan Qasımov,
Cəlilabad rayon Su-kanal sahəsinin rəisi


Digər xəbərlər

0.29018592834473