UEFA-dan “Qarabağ”a ciddi xəbərdarlıq
UEFA "Qarabağ"a ciddi xəbərdarlıq edib. Buna səbəb Avropa Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Braqa” matçı üçün qeydiyyatdan keçən bloqqerlərin qaydalara ziddi olaraq çəkilişlər etməsidir.
Qitə futbol qurumu nəticədə Ağdam klubuna xəbərdarlıq edib.
Bununla bağlı açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumatı təsdiqləyib: “UEFA-nın çəkiliş üçün qaydaları var. Qapı arxasındakı ərazi sırf fotoqrafların çəkilişi üçün nəzərdə tutulub. Amma bloqqerlər bizdən fotoqraf akkrediyasiyası alıb orda videoçəkiliş edirlər. Bunu etməməlidirlər. Çünki çəkiliş hüququna sahib olan media şirkətləri var. Onların müqavilələri var və başqaları çəkiliş etməməlidir. Klubun özü belə yalnız 24 saat sonra video paylaşa bilər.
UEFA da bununla bağlı bizə xəbərdarlıq etdi, amma hər hansı cərimələmə olmayıb. Son oyunumuzda bəzi qayda pozuntuları olub. “Qarabağ” – “Braqa” matçındakı nümayəndələr də bizə irad bildirdilər. Növbəti oyunda bunu nəzərə alacağıq”.
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...