İlk dəfədur ki, Xocalı soyqrımı günü Xocalıda qeyd olunur

10:39 29-02-2024 | icon 1055
İlk dəfədur ki, Xocalı soyqrımı günü Xocalıda qeyd olunur

Xocalı soyqırımından 32 il keçir. Amma illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Tarixdə öz miqyasına görə analoqu olmayan Xocalı qətliamını törətməkdə erməni şovinistləri qəddarlıqda faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Vətən müharibəsində tarixi Zəfərdən sonra Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Bu il ilk dəfədir ki, faciənin qurbanlarını azadlığına qovuşan Xocalıda anırıq. Hər zaman anmalıyıq da. Çünki illər, əsrlər sonra belə düşmənin Xocalıda törətdiyi soyqırımı unudulmayacaq. Eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Allah şəhidlərimizə rəhmət eləsin!

Samir Talıbov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

 

 


Digər xəbərlər

0.23184609413147