Premyer Liqa: XXV tura bu gün Sumqayıtda start veriləcək

10:14 01-03-2024 | icon 278
Premyer Liqa: XXV tura bu gün Sumqayıtda start veriləcək

Azərbaycan Premyer Liqasında XXV tura bu gün start veriləcək.

Günün yeganə oyunu Sumqayıtda keçiriləcək.

Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi ikinci pillədəki yerini qorumaq, gəncəlilər isə autsayderdən bir qədər də uzaqlaşmaq üçün qələbə qazanmağa çalışacaq.

Hazırda “Sumqayıt” 36 xalla ikinci, “Kəpəz” isə 23 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXV tur
1 mart

19:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Digər xəbərlər

0.31085991859436