Akademik Musiqili Teatrda “Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq
Martın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası 90-cı dəfə nümayiş olunacaq.
Teatrdan bildirilib ki, tamaşa tanınmış yazıçı-dramaturq Tamara Vəliyevanın Musiqili Teatrda “Bankir Adaxlı”dan sonra səhnəyə qoyulan ikinci əsəridir.
Yaranma tarixçəsi qəribə olan komediya illər əvvəl görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenli, Xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından əvvəl, 2006-cı ildə onun qəfil vəfatı yaradıcı heyətin bütün planlarını dəyişir. 2007-ci ildə “Mən dəyərəm min cavana” böyük sənətkarın xatirəsinə ithaf olaraq, sevənlərinə bir təskinlik kimi təqdim edilir.
İlk nümayişindən 17 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını saxlayan səhnə əsərində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nadir Xasiyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov və Murad Əliyev ifa edəcəklər.
Həmçinin teatrın xor və balet artistlərinin bir-birindən maraqlı və rəngarəng çıxışları da tamaşaya gözəllik qatacaq.
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...
-
“Fəlakət” Türkiyənin “Ben bu cihana sığmazam” serialında - Foto
...
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...
-
Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
...
-
Leyla və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində - Fotolar
...
-
CinemaPlus-da “Efsane” filminin qala gecəsi keçirilib
...
-
"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
...