2024-cü ilin idman səfirləri bəlli olub
Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib.
Qurumdan verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda 2024-cü il üçün "İdman səfirləri” seçilib.
Əvvəlcə namizədlərin təqdimatı gerçəkləşib. Hər bir namizəd özü və seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər.
Bunlar taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucovdur.
Kollegiyada həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adının verilməsi haqqında qərar qəbul edilib.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...