Azərbaycan öz sözünə həmişə sadiqdir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdəndir. Bu sırada Prezidentimizin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu isə ölkəmizin həmin işdə ölkəmizin aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində mühüm proçlemlərdən bəhs etdi. Əsas məqamlardan biri odur ki, Azərbaycan qaz ixracatçısı olaraq heç vaxt bu problemlərdən siyasiləşməyə getməyib. Çünki bu elə bir layihədir ki, ondan hansısa siyasi addım üçün istifadə oluna bilər.
Prezident bəyan edib ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb. Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır.
Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Cənab Prezident də qeyd etdi ki, Cənub Qaz layihəsi başa çatıb. Babək yatağı, Ümid yatağı, gələcək perspektivlərlə bağlı çox ciddi açıqlamalar verdi. Hərəsinin 400 milyard, 200 milyard kubmetr ehtiyatları olduğunu və gələcəkdə Avropa, həmçinin dünyada enerji təhlükəsizliyinin qarşısının alınmasında mühüm addımlar atıla biləcəyini bildirdi.
Bundan başqa, "Azəri-çıraq-günəşli" yatağı çox mühüm potensiala malik layihədir. Bu, artıq 4 qonşu ölkə arasındakı Cənub Qaz layihəsi kimi yadda qalacaq. Azərbaycan keçən il 19 milyard kubmetr qaz ixrac edib. 8,5 milyard Türkiyə, 7 milyard İtaliya, bununla yanaşı, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixracı olub. Artıq bir neçə dövlət, Avropa İttifaqının aparıcı rəhbərliyi bununla bağlı Azərbaycanla danışıqlara hazırdır və danışıqlar gedir.
Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətləri layihədə fəal iştirak edirlər. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirən amillərdən biridir. Getdikcə iştirakçı dövlətlərin Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir.
Nadir Babayev,
Cəlilabad şəhər sakini, İctimai şuranın sədri
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...