Bərpaolunan enerjinin böyük gələcəyi vardır

16:18 04-03-2024 | icon 332
Bərpaolunan enerjinin böyük gələcəyi vardır

Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixində “Euronews” televiziya kanalına verdiyi müsahibəsində ünvanına çox dəqiq deyilmiş mesajlar var.  Cənab Prezident dedi ki, Azərbaycan Avropanın qaza olan tələbatını ödəməkdə israrlıdır, hal-hazırda bunu həyata keçirir. Azərbaycanın ixrac etdiyi qazın əsas alıcılarının böyük əksəriyyəti məhz Avropa dövlətləridir. Azərbaycan qazına olan mövcud tələbat həmin dövlətlər tərəfindən də dəfələrlə söylənilib. Azərbaycana çoxlu müraciətlər var. Azərbaycan da bu baxımdan Cənub Qaz Dəhlizi layihəsini inkişaf etdirmək istəyir. Hal-hazırda bu layihəyə əlavə layihələr də qoşulur. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etməklə bu layihənin şaxələndirilməsi planlaşdırılır. Bu, alternativlərin və seçimlərin olması deməkdir, təhlükəsiz şəkildə Azərbaycanın qaz ixracatını davam etdirməyinə əsas sübutlardan biridir. Bunun da öhdəsindən Azərbaycan uğurla gəlməkdədir.

Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu. Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Azərbaycanın hər layihəni uğurlu sonluqla başa çatdırması ölkəmizin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Keçirilən Neft-Qaz Sərgiləri, enerji samitləri, həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 2015-ci ildən etibarən baş tutan nazirlərin toplantısı ölkəmizin enerji sektorunda əldə etdiyi uğurların geniş təhlilinə imkanlar yaradır. Toplantılar çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna aydınlıq gətirir.

        Prezident vurğulayıb ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialımız 157 giqavat təşkil edir. Artıq mühüm yolu qət etməyə başlamışıq. Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.

       Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib. Ona görə də bundan sonra da görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir.

 

Əmrah Quliyev,

Cəlilabad rayon, Üçtəpə bələdiyyəsinin sədri


Digər xəbərlər

0.26747179031372