Qarşılıqlı həmrəylik və dəstək güclü olanda

16:19 04-03-2024 | icon 229
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda

Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibəsində ənənəvi olaraq geniş və əhatəli çıxış etdi. Prezident Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində əldə edilmiş uğurlara və qarşıda duran vəzifələrə xüsusi diqqət ayırdı.

Dövlətimizin başçısı bir daha vurğuladı ki, bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və bunu qarşılıqlı həmrəylik kimi qiymətləndirmək olar.

Ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Qazın paylanması ilə əlaqədar yaxşı uğurlarımız var. Biz yaşıl enerji ilə bağlı saziş imzalamışıq, həmçinin təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməliyik. Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır.

Qarşılıqlı etimadın, həmrəyliyin günbəgün artması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Enerji ixracı kimi mühüm addım, eyni zamanda, digər hər hansı qaz layihələri elə icra edilməlidir ki, ekoloji tarazlığın təmin olunmasına ziyan dəyməsin. Bu, Azərbaycanın ciddi niyyətini, siyasətini və səylərini nümayiş etdirir. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır.

 

 

Rövşən Həsənov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.29388213157654