Azərbaycan millisi beynəlxalq turnirə Arif Əsədovun rəhbərliyi altında çıxacaq

16:25 04-03-2024 | icon 348
Azərbaycan millisi beynəlxalq turnirə Arif Əsədovun rəhbərliyi altında çıxacaq

Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi altında çıxacaq.

Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.

Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

0.2947850227356