Azərbaycan Şərqdən Qərbə “yaşıl enerji” körpüsü salır

09:49 05-03-2024 | icon 272
Azərbaycan Şərqdən Qərbə “yaşıl enerji” körpüsü salır

Məlum olduğu kimi, ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şura¬sının iclası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası da keçirildi. Bu isə Azərbay¬canda elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə və cari ilin noyabr ayında ölkəmizdə keçirilə¬cək COP29 konfransından əvvəl müstəsna əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Yeri gəlmiş¬kən, Bakıda artıq ikinci dəfə keçi¬rilən Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin iclası heç də təsadüfi xarakter daşımırdı. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ar¬tıq uzun illərdir ki, özünü Avropa İttifaqının ənənəvi enerji sahəsində etibarlı tərəfdaşı kimi təsdiq edən Azərbaycan artıq “köhnə qitə”də, eləcə də bütün dünyada prioritet elan olunmuş “yaşıl keçid” platfor¬masının da fəal iştirakçılarından birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlə¬rinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasında çıxışı zamanı diqqəti bu mühüm məqama yönəldərək de¬yib: “Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bizim bərpaolunan enerji la¬yihələrimiz yüksək göstəricilər nü¬mayiş etdirir”.

     Azərbaycanın “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji potensialı ki¬fayət qədərdir. Belə ki, təsdiqlən¬miş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsin¬də potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpaolu¬nan enerji potensialına malik oldu¬ğunu təsdiqləyib. Artıq bir neçə ildir ki, ölkəmizdə bərpaolunan enerji potensialının hərəkətə gə¬tirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan ölkəmizin əsas investorları sayılan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfin¬dən 240 meqavatlıq “Xızı–Abşe¬ron” Külək Elektrik Stansiyasının tikintisi davam edir. Artıq “Masdar” şirkəti¬nin layihəsi olan Qaradağ Günəş Elektrik Stansiyası real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin ok¬tyabr ayında istismara verilmiş 230 meqavatlıq stansiyadan təmiz enerji alınır. Bununla yanaşı, hazır¬da müqavilələrə və anlaşma memo¬randumlarına əsasən, Azərbaycan 2030-cu ilədək 5 min meqavata qə¬dər günəş və külək enerjisi istehsal etməyi hədəfləyir. Dövlətimizin başçısı Bakıda ke¬çirilən məlum enerji toplantısında bununla bağlı nikbin fikirlər səs¬ləndirib: “Bizim bərpaolunan ener¬ji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı po¬tensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzər¬də tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xət¬lərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır”.

     Tədbir çərçivəsində “yaşıl ener¬ji” sahəsində sənədlər imzalanıb. Bu baxımdan Azərbaycanın Ener¬getika Nazirliyi yanında Bərpa Olu¬nan Enerji Mənbələri Dövlət Agent¬liyi və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyası arasında külək enerjisi sahəsində əməkdaş¬lığa dair Anlaşma Memorandumu diqqəti xüsusilə cəlb edir. Belə ki, sözügedən sənəddə külək enerjisi komponentlərinin yerli və Avro¬pa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, isteh¬sal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq öz əksini tapıb.

     Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası çərçivəsin¬də, həmçinin Azərbaycanın Ener¬getika Nazirliyi ilə “Nobel Energy” və İspaniyanın “Elecnor” şirkətləri ilə külək və günəş enejisi layihələri üzrə əməkdaşlıq sənədləri imzala¬nıb. Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalan¬mış Anlaşma Memorandumu Cəbrayıl rayonunda 100 meqavat gü¬cündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 meqavatı ilkin mərhələdə, daha 50 meqavatı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həc¬mində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.

Xalidə Sadıqova,

Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri

 

 

 

 


Digər xəbərlər

0.27808403968811