"Neftçi" klubu "Xəzri" ilə birgə "A" qrupunun şərikli lideridir

23:18 05-03-2024 | icon 706

5 mart "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda növbəti iki oyun keçirilib.

Günün ilk oyunu "Sumqayıt" və "Cəlilabad" komandaları arasında baş tutub. Bu oyun "Cəlilabad" klubunun 90-76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Tay Rendal - 19 xal, 4 asist), "Cəlilabad" (Zaur Paşayev - 19 xal, 8 ribaund) Günün ikinci oyununda kuboka yaxşı start vermiş iki klub, "Neftçi" və "Xırdalan" üz-üzə gəlib. Öz gərginliyi ilə seçilən oyunu 80-68 hesabı ilə qalib tamamlayan "Neftçi", "A" qrupunda "Xəzri" ilə xallarının sayı bərabərləşdirib. Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 13 xal, 3 ribaund), "Xırdalan" (Cakori Arçi - 27 xal, 5 ribaund)


Digər xəbərlər

0.26605200767517