Tural Cəlilov: "Derbiyə layiq oyun oldu"
Ötən həftə Region Liqasında növbəti tur baş tutdu.
Diqqət çəkən əsas görüş "Hypers" - "Şimal" qarşıdurması idi. 4 qolun qeydı alındı maçtda tərəflər sülhı razı oldu. Xaçmaz təmsilçisinin oynayan məşqçisi Tural Cəlilov oyunla bağlı Azeripress.az saytına bunları dedi:
"Bizim üçün çempionatda ən ağır oyun olacağını əvvəlcədən bilirdik. Vüqar Nadirov rəhbərlik etdiyi "Hypers" çox yaxşı, döyüşkən komandadı. Bizdə qarşılaşmaya ciddi hazırlaşmışdıq. Amma hakimin start fitindən sonra oyuna yaxşı qoşula bilmədik. Bunun nəticəsində 2-ci dəqiqədə qol buraxdıq. Fasiləyə kimi rəqib meydanda ağalıq etdi. 2-ci hissədə isə toparlandıq, daha çox hücumlar edərək 2 qol vurub önə də keçdik. Sadəcə ani diqqətsizliyimizdən rəqib qol vurmaqla "status-kvo"nu bərpa etdi. Olduqca gərgin 90 dəqiqə keçirdik. Məğlub da ola bilərdik. Hesab edirəm ki, derbiyə layiq oyun oldu".
ABDULLA İSMAYILOĞLU
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...