Hacıağa Hacılı: "Faydalı futbolçuların sıradan çıxmasını kompensasiya etmək olmur"

00:47 07-03-2024 | icon 516
Hacıağa Hacılı:

25-ci turda "Zirə" - "Turan Tovuz" qarşıdurması gərgin keçdi. Qonaqlar oyunda üstünə tərəf olsa da, "qartallar" qol vuraraq bərabərliyi təmin etdi. Azeripress.az saytı olaraq "Zirə"nin futbolçusu Hacıağa Hacılı həmin matçla bağlı söhbət etdik.

- "Araz-Naxçıvan" səfərində əldə etdiyiniz böyük hesablı qələbədən sonra uğurunuzun ardı gələcəyini gözləyənlər çox idi. Amma bu gün "Turan Tovuz"la qarşılaşmada güclə 1 xal qazandız. Qələbə üçün nə çatmadı?

- 10 oyun qələbəsizlikdən və ötən tur "Araz-Naxçıvan"ı məğlub etdikdən sonra qələbəyə ümidimiz daha da artmışdı. Bu görüşdə də məqsədimiz 3 xal idi. Sadəcə oyuna qoşularkən bəxtsizliyə məruz qaldıq. Ardıcıl olaraq 2 futbolçumuz zədələnib sıradan çıxdı. Bu hal oyun nizamımıza və taktikaməza təsirsiz ötüşmədi. İstər Məqsəd, istəsə də Utziq hücum planında çox faydalıdılar. Onların xidmətindən məhrum olmaq ağırdı. Təbii ki, rəqibdə son dərəcə ciddi oyunu və kreativ çıxışıyla seçildi.

- Zədəlilərlə yanaşı ilk yarıda İssa Cibrila ciddi qayda pozuntusuna götə də qırmızı aldı. Səncə, onun qovulması zədəlilərdən daha çox təsir etmədi?

- Təbii ki, azlıqda qalmağımızda bizi geri atdı. Amma oyun nizamımızın pozulması daha çox zədələrdən dolayı baş verdi. Elə qolu da futbolçumuz zədəli olub meydandan kənarda müayinə olan zaman buraxdıq. İssanın epizoduna qərər zatən hesabda geridəydik. Bizi hesabda geri olmağımızdan çox aparıcı futbolçularımızın meydanı vaxtından əvvəl tərk etməsi təsir etdi. Çünki qol buraxandan sonra hesabı yenidən öz xeyrinə dəyişmək imkanın var. Amma faydalı futbolçuların sıradan çıxmasını kompensasiya etmək olmur.

- Bu gün 2 xal itirdiz, yoxsa 1 xal qazandız?

- Oyunçularımızın ardıcıl zədələnməsini, Cibrilanın qırmızı almasını və hesab geri olmağımızı və status-kvoya nail olmağımızı nəzərə alsaq, 1 xal qazandıq. Təbii ki, tovuzlularla matçda məqsədimiz heç-heçə deyildi. Amma əsas odur ki, gərgin və azlıqda keçirdiyimiz oyunda vacib 1 xal qazandıq.

- Adədən hakimlərin komandanıza qərəzli mövqelər sərgiləməsi kimi yanaşmalar, şüarlar mətbuatda yer alır. Bugünkü oyunda referilərin idarəçiliyindən razı qaldınmı?

- Hakimlik haqqında çox danışmaq istəmirəm. Həmçinin inanmıram ki, ədalət təmsilçiləri məqsədli şəkildə bizə qarşı qərəz nümayiş etdirir. Hamımız insanıq, səhvsiz də adam yoxdu. Amma bu gün meydanda normal oyun idarəçiliy oldu.

- Komandanızda yeni nəfəs var. Sezar Meza Kolli mövsümün sonuna kimi "Zirə"nin formasını geyinəcək. Onu gəlişi faydalı olacaqmı?

- Sezar Meza Kolli yetəri qədər çempionatımızda oynamış biridi. Həm təcrübəsi, həm bacarıqlarıyla seçilən futbolçudu. Düşünürəm ki, o, gücümüzə güc qatacaq.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.32533884048462