Demokratik ənənələrin dərinləşməsi təcrübəsi genişlənir

18:36 07-03-2024 | icon 215
Demokratik ənənələrin dərinləşməsi təcrübəsi genişlənir

Prezident İlham Əliyevin 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı hələ də xatirimizdədir. Prezidentin sözügedən çıxışında Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artırılması .ən mühüm vəzifə kimi qoyulmuşdur. İslahatları davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır.

        Son illər ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Təkcə enerji siyasətimizə baxmaq kifayətdir ki, xalqımız, dövlətimiz və qitə üçün nələr etdiyimizi görək.. Biz neft ixracında kəmərlərin fəaliyyətini çox çətin geosiyasi vəziyyətdə minimum itkilərlə etdik. Nəinki bunu etdik, hətta yeddi ölkə arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq formatı yaratdıq. Bu ölkələr artıq təbii dostlardır, müttəfiq olmasalar da, təbii dostlardır. Ona görə bu sahədə də bizim rolumuz danılmazdır və biz bu sahədə liderik.

        Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Bizim parlament siyasi plüralizmin təzahürü olan çoxpartiyalıdır. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər.

         Məsuliyyəti artıran amil kimi hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Çünki aparılan islahatların mahiyyəti də budur.              

       Fikrimcə, altıncı çağırış Milli Məclisə keçirilmiş seçkilər legitimlik cəhətdən heç bir şübhə doğura bilməz. Prezident İlham Əliyev bu mötəbər təşkilatın birinci iclasında söyləmişdir ki, biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir.

               Bəxtiyar Paşayev-şəhid atası- Cəlilabad rayon Kommunal

               Müəssisələri Kombinatinin direktor müavini


Digər xəbərlər

0.20878005027771