“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
“Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı Fahree - Fəxri İsmayılov təmsil edəcək.
Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.
Bildirilib ki, bu il seçim prosesi 2 əsas mərhələdən ibarət olub. Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu ilki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapır.
İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.
Xatırladaq ki, Fəxri İsmayıl 1995-ci ildə Bakıda anadan olub. O, musiqiçi ailəsində böyüyüb.
Babası aktyor, atası caz ifaçısı olub.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...