Bu gün yel çərşənbəsidir

01:27 12-03-2024 | icon 128
Bu gün yel çərşənbəsidir

Novruzun xüsusi adətlərlə qeyd olunan 4 çərşənbəsindən üçüncüsü olan yel çərşənbəsidir.

Bununla da insanlar Novruza bir az daha yaxınlaşır, baharın gəlişini hiss etməyə başlayır.

Əvvəlcə qorxulu yuxularını axar suya danışan, oddan atdanıb ağırlığını odda yandıran elimiz indidə Yel babadan öz diləklərinin yerinə yetməsini istəyər.

Yel çərşənbəsində əsən külək yazın gəlişindən xəbər verər.

Hər çərşənbədə olduğu kimi, bu zaman da evlərdə süfrə açılar, həyətlərdə tonqal qalanar.

Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə tanınır.


Digər xəbərlər

0.2783260345459