İlqar Mahmudov haqda yaz(ıl)anlara sözardı

02:36 13-03-2024 | icon 339
İlqar Mahmudov haqda yaz(ıl)anlara sözardı

"Reket jurnalistika" yenə iş başındadır. Bu dəfə bəzi "jurnalistlər" Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov haqqında ağlına nə gəldi onu da qələmə alır.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. İlqar Mahmudovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda çalışan əqidə adamıdır.

Düzdür, müasir mediada bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, bir sayt redaktoru vəzifəli bir şəxsi müdafiə edən yazıya imza qoyur?

Mən bu yazını qələmə almağı özümüzə vicdan borcu sayıram. 

Bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığım İlqar Mahmudov haqqında bədhaqları tərəfindən yayılan yazılara cavab olaraq gerçək olanı deyəcəm:

Bəli, İlqar Mahmudov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “İlqar Mahmudovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sizsə hər şeyi baş-ayaq anlamısız…

Daha əvvəl müxtəlif məsul vəzifələrdə çalışmış İlqar Mahmudovun Quba rayonuna icra başçısı təyin olunması da ona dövlət səviyyəsində, xüsusilə, cənab prezident tərəfindən yüksək etimadın göstərilməsindən xəbər verir.

Uzun illər dövlət məmuru kimi çalışan İlqar Mahmudov rəhbərliyin göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib. O, dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub. 

Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində başlamışdır. 1997-2003-cü illərdə nazir köməkçisi, 2003-2016-cı illərdə Bakı Humanitar Kollecinin direktoru, 2016-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki, Oğuz, Qəbələ rayonları üzrə 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi, 2018-2019-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ümumi təhsil şöbəsinin müdir müavini, 2019-cu ildən 2023-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hüquq elmləri namizədidir.

Bu gün rəhbərlik etdiyi Quba rayonunda da prezident İlham Əliyevin dövlət məmurlarına verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq həftədə azı iki dəfə rayon sakinləri ilə görüşlər keçirir, onların təkliflərini dinləyir, problemlərinin həllinə böyük qayğı ilə yanaşır.

Abadlıq-quruculuq işlərinə çox böyük diqqət yetirir, tarixilik qorunub-saxlanılır, müasir infrastuktur layihələri uğurla icra olunur. 

Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, İlqar Mahmudov nəinki rəsmi qəbul günlərində, digər vaxtlarda da mövcud karantin şərtlərinə uyğun olaraq mürəciətə gələn heç bir sakini dinləmədən yola salmır.

Demək olar ki, hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir. Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirən İlqar Mahmudov fəaliyyət göstərdiyi dövrdən dövlət-xalq münasibətlərinin yüksək səviyyədə olmasını həmişə təmin edir.

Həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin sakinlər tərəfindən böyük rəğbətlə qarşılanması da onun etimadı yüksək səviyyədə doğruldan vəzifə sahiblərindən olduğunu bir daha təsdiq edir.

Onun Quba rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi də vəzifəsinin öhdəsindən ustalıqla gəldiyinə, dövlət başçısının ona göstərdiyi bu yüksək etimadı layiqincə doğrultduğuna əminlik yaradır.

Son günlər isə onun haqqında mətbuatda müxtəlif iddialar səsləndirilir.

Lakin, bu kampaniyanın qərəzli omasının ən bariz sübutu İlqar Mahmudovun bu rayona təyinatından əvvəlki problemləri də onun adına yazmaq cəhdləridir. Halbuki, Quba sakinləri real durumun fərqli olduğunu bilirlər.

Qubalılar kimin kim olduğunu yaxşı bilir və görülən işlərə dəyər verir, İlqar Mahmudovu da bir el ağsaqqalı kimi qəbul edir, sözünü eşidir, dəyərli məsləhətlərinə əməl edirlər.

Respublika boyunca aparılan abadlıq quruculuq işləri Qubada da hiss olunur. Rayon sakinləri simasını dəyişən və gözəlləşən rayonları ilə fəxr edirlər. Yazılanların isə nəinki heç bir əsası, heç zərrə qədər həqiqət yükü də yoxdur.

Lakin, mətbuatda olanların bir qismi İlqar Mahmudovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Əslində İlqar Mahmudov haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Xüsusi olaraq qeyd edək ki, onun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, İlqar Mahmudov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Bir daha qeyd edək ki, İlqar Mahmudovun uğurlarını həzm edə bilməyən, qeyri – konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz. Müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri isə könül bulandırmaqdan başqa bir şey deyildir. 


Digər xəbərlər

0.21650505065918