Fəal əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan Nümayəndə heyyətinə qarşı sərgilənən qərəzli davranış, Fransa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi digər qətnamələr ermənipərəst dairələrin və bir çox məkrli qüvvələrin sifarişidir. Azərbaycan tarixən multikultural dəyərlərə sahib‚ tolerant bir ölkədir və Azərbaycanda bu günə qədər heç zaman anti-semitizm halı‚ qeyri millətlərə‚ etnik xalqlara və digər dinlərə qarşı ayrı-seçkilik halı olmayıb.
Prezident İlham Əliyevin cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də bu məsələyə toxunulmuşdur. Ölkə Prezidenti görüşdə demişdir: “Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir”.
Azərbaycan ərazi bütövlüyünü və beynəlxalq hüququ öz gücünə təmin etdi. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində isə respublikamız Qarabağda separatizmin kökünü kəsməyə nail oldu. Ərazi bütövlüyünü və suverenliyini təmin etmək Azərbaycan dövlətinin müstəsna hüquqdur. Burada ölkəmiz hansısa bir beynəlxalq hüquq normasını, davranış qaydalarını pozmayıb. Əksinə həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində Ordumuz yüksək peşəkarlıq və humanizm nümunəsi ortaya qoydu - mülki infrastruktura ziyan vurulmadı, əhalinin həyatı qorundu. Təbii ki bu kimi təşəbbüslər ölkələrimiz arasında olan yüksək mədəni-humanitar, siyasi-iqtisadi, diplomatik münasibətlərə təsirsiz ötüşmür. Lakin hamıya gün kimi aydındır ki, Azərbaycan bütün dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq təklif edir.
Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Ölkəmizə 40-dan artıq alman şirkətinin rəhbəri və nümayəndələrinin səfəri Azərbaycan iqtisadiyyatına olan marağın göstərcisidir. Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətə obyektiv qiymətin verilməsidir. Digər mühüm məqam ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların yaranmasının qeyd olunmasıdır.
Əminik ki, Almaniya ilə Azərbaycan arasındakı dərin tarixi dostluq hər iki ölkənin xalqlarının rifahı, sülh və əminamanlıq üçün əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Rəhim İsmayılov,
Cəlilabad rayon Kommunal
Müəssisələri Kombinatında mühasib
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...