Strateji tərəfdaşlığın və müttəfiqliyin yeni üfüqləri

15:43 13-03-2024 | icon 1257
Strateji tərəfdaşlığın və müttəfiqliyin yeni üfüqləri

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri, keçirilən görüşlərdə əldə olunan razılaşmalar Azərbaycan-Qazaxıstan münasibətlərini yeni inkişaf istiqamətlərini müəyyənləşdirir, dərin köklərə malik iki türk dövlətini bir-birinə daha çox bağlayır. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Komissiyanın indiyədək 20 iclası keçirilib. Sonuncu iclas isə bu ay Astanada baş tutub. Bu dəfəki səfər bir daha göstərdi ki, hər iki ölkə sülh naminə danışıqlara tərəfdardır. Azərbaycan danışıqlar məsələsində maraqlıdır və məhz ölkəmiz sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub

        Müstəqillik dövründən bəri yüksəlişdə olan Azərbayan-Qazaxıstan münasibətlərinin daha da inkişafı üçün tarixi fürsət yaranıb. Öz regionlarının lokomotivləri hesab edilən hər iki ölkə təxminən 30 il ərzində siyasi, iqtisadi, mədəni və humanitar inkişafda böyük rol keçib, mühüm nəticələr əldə edib.  Bu  münasibətlər Orta Asiya və Cənubi Qafqaza regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir. Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir.

        Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.

        Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

         Qazaxıstan Orta Asiyada ən böyük respublikalardan biridir və Qazaxıstanla münasibətlərin yaxşılaşdırılması Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün faydalıdır. Nəqliyyat dəhlizi Qazaxıstan və Azərbaycan üçün Mərkəzi Asiya, Avrasiya İqtisadi İttifaqı ölkələri və Çin bazarlarına çıxışdır. Çin dünyanın ən mühüm iqtisadiyyatlarından birinə malikdir. Buna görə də Qazaxıstan-Azərbaycan münasibətlərinin və əməkdaşlığının inkişafı perspektivlidir.

 

Günay İbadova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı


Digər xəbərlər

0.3377640247345