“Qarabağ” “Bayer”ə qarşı

09:58 14-03-2024 | icon 359
“Qarabağ” “Bayer”ə qarşı

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.  Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək. 

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.


Digər xəbərlər

0.26959013938904