ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb
2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb
tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə
zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması
mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri
və tələbələr iştirak ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı
təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən
yararlanıb.
Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün
verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və
Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir.
Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il
onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf
etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının
artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı
mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin
asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin
gənclər siyasətinə dəstək olmaqdır”.
Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli
vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir:
“Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan
istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur.
İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.
Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə
isə diplom və pul mükafatı verilib.
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...