Səttar Möhbalıyev “Azərbaycanla Gürcüstan arasında münasibətləri yeni keyfiyyət çalarları ilə genişlənir”

12:23 18-03-2024 | icon 1033
Səttar Möhbalıyev “Azərbaycanla Gürcüstan arasında münasibətləri yeni keyfiyyət çalarları ilə genişlənir”

“Azərbaycanla Gürcüstanın münasibətləri daim yüksək səviyyədə olub, əlaqələr
bütün sahələri əhatə etməklə dinamik inkişaf edib. Və bu əlaqələr dərin köklərə
malikdir, xalqlarımız tarixən mehriban və dostluq şəraitində yaşayıblar. Bu gün isə
mehriban qonşu və dost olan bu iki dövlət eyni zamanda strateji tərəfdaşdırlar.
Əminliklə ifadə etmək olar ki, əlaqələrimiz bütün qonşu dövlətlər üçün böyük
nümunə təşkil edəcək səviyyədədir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
Onun sözlərinə görə, əhəmiyyətli coğrafi ərazidə yerləşən dövlətlərimiz bu
imkandan səmərəli istifadə etməklə ümumilikdə regionun hərtərəfli inkişafı üçün
uğurlu layihələrə icra edirlər: “İrimiqyaslı qlobal enerji, həmçinin nəqliyyat-
kommunikasiya layihələrini buna misal olaraq göstərə bilərik. Gürcüstanın tranzit
imkanları Azərbaycanın enerji resurslarının, eləcə də başqa yüklərin daşınması
üçün son dərəcə əhəmiyyətlidir. Ötən illərin təcrübəsi və bu istiqamətdə görülmüş
işlər bunu bir daha sübut edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz
boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. layihələr regionda sülh və
sabitliyə, bölgə ölkələri arasında dostluq münasibətlərin dərinləşməsinə və iqtisadi
tərəqqiyə böyük imkanlar açıb”.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin vəzifəsinin icrasına başlayandan
dərhal sonra ölkəmizə səfərə gəlməsi ənənəyə sadiq qalaraq Azərbaycanla
münasibətlərə verdiyi önəmin əlamətidir. Və bu səfər, təbii ki, əlaqələrimizin
bundan sonra da inkişafına, xüsusi əhəmiyyət daşıyan və qarşılıqlı maraq doğuran
sahələr üzrə əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərəcək, eləcə də iqtisadi
maraqların uzlaşdırılması, ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələr sisteminin təkmilləşdirilməsi baxımından faydalı olacaq. Mətbuata bəyanatla çıxışı zamanı dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanla Gürcüstanın yaşıl enerji sahəsində yeni layihələr üzərində iş apardıqlarını qeyd etdi. Biz inanırıq ki, bu sahədə böyük potensiala malik hər iki ölkə faydalı əməkdaşlıq edəcək, başlatdıqları birgə layihələri uğurla həyata keçirəcək, yeni çağırışlar aspektində əməkdaşlıq möhkəmlənəcək.


Digər xəbərlər

0.30105495452881