Sülhün bərqərar olması mühüm şərtdir

18:04 18-03-2024 | icon 1165
Sülhün bərqərar olması mühüm şərtdir

Prezident İlham Əliyevin cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında mövcud siyasi durum haqqında ətraflı və dəqiq məlumat vermişdir. Azərbaycan 1992-ci ildə Azərbaycan yenicə yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub. 1994-cü il. Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulub.

2001-ci ildə Azərbaycan öz ərazisində “Cooperative Determination 2001” adlı çoxmillətli SNT hərbi təlim məşğələlərinin keçirilməsini təşkil edib. 2002-ci il. Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib. Xüsusiləşdirilmiş Azərbaycan taqımı müttəfiq və tərəfdaş ölkələrlə birgə Rusiyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələlərində iştirak edib.

          Prezident İlham Əliyev bir daha diqqətə çatdıtdı ki, Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi. Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi. 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı.

Beləliklə, münaqişə hərbi-siyasi yolla həll edilib. Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyirik.

 Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər..    

Prezident, Ali  Baş Komandan İlham Əliyev demişdir ki, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir.

Azərbaycanın Müdafiə Nazirliyinin və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması ilə bağlı səylər davam etdirilir. Hərbi Doktrinanın qəbul olunması Strateji Müdafiə İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası kimi digər konseptual sənədlərin hazırlanması prosesini sürətləndirmişdir. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunmuşdur.  Bütün bunlar sülhyaratma prosesinə əhəmiyyətli dərəcədə kömək edəcək.

 

      Rauf  Nəzərov-Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının

      Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi


Digər xəbərlər

0.32042717933655