Erməni məkrinə son qoymaq ümumbəşəri vəzifədir

16:47 30-03-2024 | icon 181
Erməni məkrinə son qoymaq ümumbəşəri vəzifədir

        Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. XX əsrin əvvəllərində  1905-1907,  1915, 1918-1920, 1948-1953, tarixi mərhələləri təhlil edərkən dəhşətli faktlar üzə çıxır. 1988-ci ildən başlayaraq erməni ekspansiyası, ermənilərin Dağlıq Qarabağda apardıqları işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırım qurbanlarının sayını xeyli dərəcədə artırmışdır. Erməni daşnaqları 1988-ci ilin fevralında Ermənistandan Azərbaycana qaçqınların kütləvi axını başladı. Erməni silahlıları müdafiəsiz insanları amansızcasına qarət edir, döyür, vəhşicəsinə öldürürdülər. 230 mindən artıq  azərbaycanlı müsəlmanlarını öz doğma yurd-yuvasından silah gücünə qovub çıxarılmış, 215 nəfər isə qətlə yetirilmişdi. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çoxu yaralanmış, 50 mindən çoxu əlil olmuş, 4 mindən çox əsir və itkin düşmüş, girov götürülmüş, 4 mindən  çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, azərbaycanlıların doğma yurdu olan yaşadıqları 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

       1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.

       Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə xüsusi mərhələ təşkil edir.

      Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Ermənilərin 106 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması bundan sonra da davam etdirilməlidir.

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini  


Digər xəbərlər

0.27201199531555