31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilib

16:53 30-03-2024 | icon 205
31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilib

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər haqqında geniş məlumat verilib.

Struktur qurumların şəxsi heyətinin Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən “Siyasi repressiya qurbanları” muzeyinə ekskursiyaları təşkil edilib. Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə  ziyarətçilərə  geniş məlumat verilib, muzeydə saxlama kameraları, karserlər, dindirilmə və güllələnmə otaqları nümayiş etdirilib.

Anım tədbirlərində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin ermənilər tərəfindən planlı şəkildə həyata keçirildiyini və onların azərbaycanlıları öz doğma torpaqlarından çıxarmaq, fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq niyyətində olduqlarını xüsusi vurğulayıblar.

Keçirilən tədbirlərin sonunda şəxsi heyətə azərbaycanlıların soyqırımına həsr olunmuş “Unudulmayan tarix” sənədli filmi nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


Digər xəbərlər

0.23827290534973