Abşeronda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi - Fotolar

15:46 31-03-2024 | icon 359
Abşeronda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi - Fotolar

Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 106-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan  tədbirdə ulu öndərin, faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, “Xüsusi Təyinatlı Qüvvələrin Şəhid Ailələri Və Veteranları” İctimai Birliyinin Abşeron Rayon Təşkilatının sədri Süleyman Cəfərov, Vətən Müharibəsi iştirakçısı Vasif Allahverdiyev, AVMVİB-nin sədri Cabbar Cabbarov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının sədri Xudakərim Əhmədov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Tərlan Mahmudov, “Dəmir Yumruq” İçtimai Birliyinin Abşeron filialının sədri Teymur Haqverdiyev və Qazi Vidadi Əliyev iştirak ediblər.

Onlar bildiriblər ki, ermənilər Azərbaycan torpaqlarında məskunlaşmalarına baxmayaraq dəfələrlə xalqımıza qarşı soyqırımlar həyata keçiriblər. Qeyd edilib ki, erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə məqsədyönlü şəkildə soyqırım, etnik təmizləmə və deportasiya siyasətini  həyata keçiriblər.

Qan yaddaşımızda dəhşətli iz buraxan böyük faciələrdən biri də 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında bolşevik-erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında törədilən kütləvi qırğınlar olub. Bu faciə zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Çıxışçılar Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilən ağılasığmaz vəhşiliklərdən, günahsız insanların xüsusi qəddarlıqla qətlə yetirilməsindən ətraflı danışaraq qeyd ediblər ki, ermənilər imkan düşən kimi xalqımıza qarşı davamlı genosid və işğalçılıq siyasəti yürüdüblər. Ona görə də ermənilərin çoxillik düşmənçilik siyasətini və onların xalqımızın başına gətirdiyi müsibətləri heç vaxt unutmamalıyıq.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dəmir Yumruğu” ətrafında sıx birləşən xalqımız və rəşadətli ordumuz Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə qazandıqdan sonra ermənilərin “Böyük Ermənistan” mifini darmadağın edildi. Bununla da soyqırım qurbanlarının qisası alınıb və düşmənin işğalçılıq siyasəti tamamilə məhv edilib. Artıq Azərbaycan güclü ölkədir və qalib ordumuz baş verəbiləcək istənilən hərbi təxribatı harda olmasından asılı olamarayaraq qarşısını almağa qadirdir.

 

 




Digər xəbərlər

0.21735000610352