Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” adlı elmi-nəzəri konfrans keçirilib

18:23 01-04-2024 | icon 220
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” adlı elmi-nəzəri konfrans keçirilib

TƏBİB və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” adlı elmi-nəzəri konfrans keçirilib.

İlk olaraq Ulu Öndərin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri düzülüb.

Konfransda qonaq qismində TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, millət vəkili Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimov, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədri Cabbar Həsənov, TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul şəxsləri, tibb müəssisələrinin direktorları, həkimləri, həmçinin rayonun tabeli müəssisələrinin rəhbərləri və s. iştirak edib.

Konfransda açılış nitqi ilə çıxış edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov konfransın məqsədlərindən, elmi-nəzəri plan və hədəflərdən danışıb, rəhbərlik etdiyi xəstəxanda son illər bu istiqamətdə həyata keçirilən yeniliklər barədə məlumat verib.

Konfransda TƏBİB-in İcraçı direktorun müavinləri Araz Nəsirov və Anar İsrafilov, millət vəkili Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimov, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədri Cabbar Həsənov, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın rəhbəri Xatirə İsmayılova konfransın gündəliyinə uyğun çıxışlar edərək, bu sahədə mövcud çatışmazlıqlar, əldə olunmuş nəaliyyət və üstünlüklər barədə danışıb.

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxasının Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, t.ü.f.d Vüqar Qurbanov bildirib ki, tibb müəssisəsində keçən ilin mart ayından fəaliyyətə başlayan şöbədə istənilən üz-çənə patologiyasi ilə müraciət edən vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində yüksək səviyyədə xidmət göstərilir və şöbəyə il ərzində 1 825 ambulator, 323 stasionar olmaqla ümumi 2 148 müraciət daxil olub.

Konfransın elmi hissəsi professor Çingiz Rəhimovun moderatorluğu ilə üz-çənə cərrahiyyəsi sahəsində böyük təcrübələri olan həkimlər - t.ü.e.d Davud Məhəmmədov, Günel Hacıyeva, t.ü.f.d Xəyal Aşurəliyev, t.ü.f.d Elnur Abdullayev, Cavanşir Məhərrəmov, Kamranbəy Əfəndiyev, Musa Əhmədov, Vüqar Bayramov "Üz-çənə cərrahiyyəsi və kəllə-üz cərrahiyyəsinə doğru inkişaf", "Anadangəlmə damaq yarıqları, uşaqlarda üz travmaları", "Qulaqaltı vəzin adebomalarında cərrahi üsulla müalicə", "Frontal sinus mukosellərinin yaranma səbəbləri", həmçinin "Abşeron Rayon Mərkəzi Xəstəxanasında üz-çənə travmaları və travmalara təcili yanaşma" ilə bağlı təqdimatlarla çıxış ediblər.

Sonda mövzu ilə əlaqədar fikir mübadiləsi aparılıb, iştirakçılara təşəkkürnamə və sertifikatlar təqdim olunub.


Digər xəbərlər

0.23909592628479