Strateji əməkdaşlıq üçün çox gözəl zəmin

16:23 05-04-2024 | icon 1277
Strateji əməkdaşlıq üçün çox gözəl zəmin

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri aktuallığı ilə seçilir. Məhz bu səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcək. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Təbii ki, xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı olduqca vacibdir. Bu gün dövlət başçılarının görüşü zamanı Azərbaycanın Konqoya investisiya qoymasının mümkünlüyü məsələsinə də toxunuldu.

 

Prezident İlham Əliyev bu səfəri tarixi səfər kimi dəyərləndirib və qeyd edib ki, sadəcə, ilk səfər kimi deyil, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar: Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.

Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var.

 

 Strateji əməkdaşlıq üçün çox gözəl zəmin var. Rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var.

 

 Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcək. Azərbaycan COP29-a hazırlıq çərçivəsində məsuliyyətlə addımlar atır. Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər. Çünki hazırda bəşəriyyətin qarşısında duran ən aktual məsələ iqlim dəyişikliyi ilə bağlıdır: Əsas məsələ ekoloji tarazlığın pozulmasının, atmosferin çirklənməsinin qarşısının alınmasıdır ki, özünə hörmət edən, yaşadığı dünyanın problemlərindən narahat olan hər bir dövlət çalışır ki, öz töhfəsini versin.

Səfər çərçivəsində bir sıra məsələrlə yanaşı, vaxtilə Konqodan olan tələbələrin Azərbaycanda ali məktəblərdə təhsil almalarına toxunulub. Prezident İlham Əliyev bildirib ki, biz bu ənənəni bərpa etmək istəyirik və bu barədə müvafiq göstərişlər verilib.

 

Nadir Babayev,

Cəlilabad şəhər sakini, İctimai şuranın sədri

 


Digər xəbərlər

0.26423120498657