“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi

16:33 05-04-2024 | icon 794
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi

Futbol üzrə Birinci Liqada XX turun oyunları davam edir.


Bu turda “Qaradağ Lökbatan” “Difai Ağsu” komandası ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən görüş liderin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qəsəbə təmsilçisinin heyətində Seyxan Fərəcov (2′) və Mikel Badejo (68′) rəqib qapısının torunu silkələyiblər.


Qeyd edək ki, “Qaradağ Lökbatan” hazırda 42 xalla turnir cədvəlində liderliyini davam etdirir.

 

 

Digər xəbərlər

0.25765991210938