“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb

16:36 05-04-2024 | icon 757
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb

4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününü qeyd etmək məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Neftçi” İdman Klubunun və “Qarabağ”in amputant futbol komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Bakı Olimpiya Stadionunun örtülü meydançasında təşkil olunan qarşılaşma gərgin mübarizə şəraitində keçib. Oyunda  “Neftçi” İdman Klubunun Amputant futbol komandası 8:4 hesabı ilə qələbə qazanıb.

 
 

Digər xəbərlər

0.26333498954773